RU

Şota Arveladze yenidən “Kasımpaşa”da

Gürcüstanlı futbol mütəxəssisi Şota Arveladze Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa”ya baş məşqçi təyin edilib.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.

Bir müddət öncə Burak Yılmazla yollarını ayırmış Super Liqa təmsilçisi keçmiş baş məşqçisi ilə razılığa gəldiyini açıqlayıb. 2012-2015-ci illər aralığında da “Kasımpaşa”nın baş məşqçisi olmuş Arveladze köhnə-yeni klubu ilə bir illik müqaviləyə imza atıb.

Şota Arveladze son olaraq Türkiyənin “Fatih Karagümrük” komandasına rəhbərlik edib. O, 2024-cü ilin martında bu klubu tərk edəndən işsiz idi.

Vaxtilə “Kasımpaşa”nı 91 oyuna çıxarmış gürcü mütəxəssis həmin vaxt 33 qələbə, 28 heç-heçə, 30 məğlubiyyət görmüşdü.

Arveladze “Kayserispor”, “Trabzonspor”, “Makkabi” (Təl-Əviv), “Paxtakor”, “Hall Siti” kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.

Избранный
27
arena.az

1Источники