RU

Lavrov: İran ətrafında münaqişənin iştirakçıları diplomatiyanın zəruriliyini dərk edirlər

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran-İsrail münaqişəsinin iştirakçıları vəziyyəti siyasi-diplomatik kanala qaytarmağın zəruriliyini dərk etməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkmənistan Xarici İşlər Nazirliyinin əməkdaşları və Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri qarşısında çıxışı zamanı deyib.

“Biz ardıcıl olaraq təcavüzə son qoymağa və İran ətrafında vəziyyəti siyasi, həmçinin diplomatik kanala qaytarmaq üçün bütün lazımi addımları atmağa çağırırıq. İndi əlamətlər var ki, bu təkzibolunmaz fakt barədə məlumatlılıq tədricən digər ölkələrə, o cümlədən hazırkı vəziyyətin birbaşa iştirakçılarına da çatır”, - deyə nazir qeyd edib.

Lavrov qeyd edib ki, İran ətrafında hərbi gərginliyin artması ən dərin narahatlıq doğurur və “regional və qlobal təhlükəsizliyin daha da zəiflədilməsi” ilə doludur. “Rusiya İsrailin İslam Respublikasına səbəbsiz hücumundan sonra ABŞ-ın İranın nüvə obyektlərinə raket və bomba zərbələri endirməsini qətiyyətlə pisləyib. Söhbət beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə itaətsizlikdən və kütləvi qırğın silahlarının yayılmaması rejiminə ən ciddi xərclərdən gedir”, - deyə o əlavə edib.

Lavrov həmçinin qeyd edib ki, Rusiya ABŞ, İsrail və İrana nəinki vəziyyətin deeskalasiyasını, həm də münaqişənin etibarlı uzunmüddətli həllini necə təmin etmək barədə əvvəlcədən konkret təkliflər verib. "Biz bu təkliflərin praktiki müzakirəsinə, eləcə də müxtəlif münaqişələrdə iştirak edən həmkarlarımızla bütün digər məsələlərlə bağlı dialoqa hazırıq", - deyə XİN rəhbəri vurğulayıb.

Qadir, Bizimyol.info

Qeyd: Rusiyanın siyasi düşərgəsi nədənsə, İrana qarşı "səbəbsiz hücumundan" narahat oluğu qədər özlərinin Ukraynaya "səbəbsiz hücum"ları barədə düşünmək istəmirlər. Lavrov üç ildən artıqdır Ukraynada baş verən qırğınlar barədə susmağa, ya da "öz gözündəki çöpü görməyib, başqasının gözündə tük axtarmaq" prinsipinə üstünlük verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
icma.az

1Источники