RU

Sabir Adnayevin sığorta şirkəti dirçələ bilmir

Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2025-ci ilin yanvar-may aylarında azalmaqda davam edib.

Publika.az Valyuta.az-a istinadən xəbər verir ki, sığorta şirkəti bu ilin ilk beş ayında 7,91 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 5,6% və ya 469 min manat azdır. 2024-cü ilin eyni dövründə şirkət 8,38 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb.

Belə ki, "A-Qroup Sığorta"nın ödənişləri ilk beş ayda 21,6% və ya 1,25 milyon manat civarında azalaraq 4,55 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 5,81 milyon manat təşkil edib.

Избранный
12
5
publika.az

7Источники