Misli Premyer Liqasının debütantı "İmişli" rəhbərliyi islahatlara başlayıb.
Offsideplus.az xəbər verir ki, dünən portuqaliyalı Xorxe Kaskilyanın baş məşqçi postuna təyinatını açıqlayan klub bu gün 5 futbolçu ilə yollarını ayırıb.
Bunlar Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovdur.
Adıçəkilən futbolçularla başa çatan müqavilələrin müdət uzadılmayıb.