FİFA "Paçuka"nın müdafiəçisi Qustavo Kabral ilə bağlı intizam işi başladıb.
Publika.az xəbər verir ki, bu qərar klublararası dünya çempionatında "Real"la oyunda baş verən insidentdən sonra verilib.
Qarşılaşmanın son dəqiqələrində meydanda yaşanan qarşıdurmaya görə hakim Ramon Abatti anti-diskriminasiya protokolunu aktivləşdirib. "Real"ın müdafiəçisi Antonio Rüdiger rəqib futbolçunun ona qarşı irqi zəmində təhqiramiz ifadələr işlətdiyini iddia edib. Kabral isə belə bir ifadə işlətmədiyini bildirib.
FİFA-nın yaydığı açıqlamada deyilir: “22 iyun tarixində Şarlott şəhərində keçirilən klublararası dünya çempionatı çərçivəsindəki “Real” – “Paçuka” matçında baş verən insidentlə bağlı hakim hesabatlarının araşdırılmasından sonra FİFA-nın İntizam Komitəsi “Paçuka” klubunun futbolçusu Qustavo Kabral barəsində araşdırmaya başlayıb”.