ABŞ prezidenti Donald Tramp Ukrayna böhranında irəliləyiş gördüyünü bildirib.
O, bunu alyansın Haaqa sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
“Düşünürəm ki, irəliləyiş var”, - amerikalı lider bildirib.
O əlavə edib ki, sammitdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışacaq və onunla bu münaqişəni müzakirə edəcək.