RU

Həmcinsini çılpaq fotoları ilə şantaj edən qadına hökm oxunub

Hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

O bildirib ki, zərərçəkmiş şəxs ona böhtan atıb.

Daha sonra hakimlər hökmü elan edib. Hökmə əsasən, Sona Əhmədovanın barəsində 5 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs edilib.

Избранный
6
1
aznews.az

7Источники