
Azərbaycanda 2023-cü il üzrə cinayət törətmiş şəxslərin sayı 25006, 2024-cü il üzrə isə 22485 olub.Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda bildirilib.Qeyd olunub ki, əmək qabiliyyətli yaşda olub, işləməyənvə oxumayanlar cinayət törətmiş şəxslərin daha böyük hissəsini təşkil edir (2023-cü ildə 56.8 faiz, 2024-cü ildə 55.6 faiz). Cinayətlərin törədilməsində əmək qabiliyyətli olub, işləməyən və oxumayanların yüksək faiz göstəriciləri, həmçinin yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət törədilməsi hallarının artması müvafiq hədəfli tədbirlərin tətbiqini qaçılmaz edir. Bu baxımdan, Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsini aidiyyəti orqanlar qarşısında vəzifə kimi qoyur. Məhkumların əmək bacarıqlarının inkişaf etdirilməsi, eləcə də iş təcrübəsi olmayanların cəzaçəkmə dövründə təcrübə qazanması üçün bu gün ölkədəki penitensiar müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması vacibdir.Ulusum.az
Diqqət Çəkənlər
Ümidverici xəbər: aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb
Əgər Tramp İranın nüvə obyektlərinə hücum etməsəydi...
Müge Anlının sirr kimi gizlətdiyi qızı məzun oldu - FOTO