
İsrailin müdafiə naziri İsrael Kats İsrailin İran Mərkəzi Bankını rəsmən terror təşkilatı kimi tanıdığını açıqlayıb.
Yeniavaz.com “Haarets” qəzetinə istinadla xəbər verir ki, Kats bu fərmanı “Mossad” və Müdafiə Nazirliyi yanında Terrorun Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Milli İdarəsinin tələbi ilə imzalayıb.
Siyahıya Mərkəzi Bankla yanaşı, daha iki İran bankı (“Şahr Bank”, “Malat Bank”), İran ordusuna bağlı şirkət (“Safhar Energy Cahan”) və üç yüksək vəzifəli İran rəsmisi (Məcid Atami, Cəmşid Aşxaci və Elias Niromand Tomai) də daxildir.