RU

Xəyanətdir: Trampın xüsusi nümayəndəsi məxfi məlumatı sızdıranları ittiham etdi

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-ın İrana zərbə endirməsi ilə bağlı kəşfiyyat məlumatlarının yayılmasını “xəyanət” adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Bu hədsizlikdir, vətənə xəyanətdir və bunun araşdırılması lazımdır. Bunun üçün kim məsuliyyət daşıyırsa, cavab verməlidir", - deyə o bildirib.

Əlavə edib ki, bütün zərərin qiymətləndirilməsi hesabatlarını oxuyub və ABŞ-ın vurduğu hər üç nüvə obyektinin “məhv edildiyinə” “şübhə yoxdur”.

Qeyd edək ki, bir gün əvvəl Amerika mediası, xüsusən də CNN kəşfiyyat mənbələrinə istinadən xəbər verib ki, ABŞ ordusunun İranın üç nüvə obyektinə zərbələri onun nüvə proqramının əsas komponentlərini məhv etməsə də, inkişafını bir neçə ay ləngidib.

Müdafiə Kəşfiyyat Agentliyinin media tərəfindən yayılan məlumatı Tramp administrasiyasının zərbələrin İranın uranı zənginləşdirmə obyektlərini “tamamilə və həmişəlik məhv etdiyi” iddiaları ilə ziddiyyət təşkil edir.

Избранный
7
publika.az

1Источники