RU

Ermənistanda dövlət çevrilişinə cəhd– Keşiş Baqrat Qalstanyan saxlanıldı

Ermənistanda terror və hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alınıb.

Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, terror və hakimiyyətin ələ keçirilməsi cəhdində arxiyepiskop Vazgen Qalstanyanın (Baqrat) lideri olduğu “Müqəddəs mübarizə” hərəkatı ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları bu gün səhərdən hərəkatın tərəfdarlarının evlərində və ofislərində axtarışlara başlayıb. MTX əməkdaşları Vazqen Qalstanyanın evində də axtarış aparıb və Baqrat Qalstanyanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.

 

 

O, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.
Избранный
21
29
heftelik.az

10Источники