RU

Kanadada hava yolu şirkəti ilə müsəlman qadın arasında hicaba görə gərginlik yaşanıb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Kanadada "Flair" aviaşirkətinin əməkdaşının müsəlman qadına hicabını çıxartması tələbi böyük əks-səda doğurub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Afsara Raidah anasının başına gələnlərlə bağlı verdiyi açıqlamada, anasının pasportunda olan fotoşəkilin hicab taxmağa başlamazdan əvvəl çəkildiyi üçün aviaşirkətin bir əməkdaşının ondan hicabını çıxarmasını tələb etdiyini bildirdi.

Anasının üzünün fotoda olduğu kimi tamamilə göründüyünü vurğulayan Raida, atasının bu hadisəyə etiraz etməsindən sonra şirkət işçisi: “O zaman pasport şəklini yeniləməliydin”, - deyib.

Raidah "Facebook" hesabındakı paylaşımında "Bu gün sən - "Flair Airlines" anamın hüquqlarını tapdaladın və Toronto Pearson hava limanında onu aşağıladın. Biz bunu qəbul etməyəcəyik və susmayacağıq", - deyə qeyd edib.

Anasının başına gələn hadisənin müsəlmanlara qarşı (islamofobiya) olduğuna diqqət çəkən Raidah bunları qeyd edib: "Bu, anamın din azadlığının və fundamental insan haqlarının pozulması idi. Bu hadisə müxtəlifliyə, inklüzivliyə və hörmətə dəyər verdiyini iddia edən Kanadada baş verib".

"Flair" Hava Yollarından verilən açıqlamada hadisə zamanı orada olan işçinin onun yerdə xidmət göstərən ortağı AGI şirkətinin əməkdaşı olduğu bildirilib. Açıqlamada AGİ-nin üzr istədiyi və sözügedən işçinin inzibati məzuniyyətə çıxarıldığı bildirilib.

Aviaşirkətin baş icraçı direktoru Maciej Vilk vurğulayıb ki, "bütün tərəfdaşlardan eyni hörmət, peşəkarlıq və ayrı-seçkilik etməmək standartlarına riayət etməsi gözlənilir".

Digər tərəfdən Kanada Müsəlmanları Milli Şurasından (NCCM) verilən açıqlamada hadisə ilə bağlı narahatlıq ifadə edilib, vəkillər hərəkətə keçib, həmçinin Kanadada hava limanlarında və hava yollarında müsəlmanlara qarşı ayrı-seçkilik əhval-ruhiyyənin yeri olmadığı qeyd edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
icma.az

1Источники