Demokrat.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvarda yerləşən attraksionlara bu gün keçirilən baxış zamanı bildirilib. Qeyd olunub ki, agentlik əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir. Həmin şəxslərin diqqətinə çatdırılır ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.
Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.
10Источники
-
xalqqazeti.azFHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib ( 18634636)
-
publika.azFHN attraksionlara nəzarəti gücləndirdi ( 18632269)
-
ulusum.azYay fəsli ilə əlaqədar attraksionlara nəzarət gücləndirilib - FOTO ( 18631951)
-
azertag.azYay fəsli ilə əlaqədar attraksionlara nəzarət gücləndirilib ( 18631246)
-
qafqazinfo.azFHN attraksionlara nəzarəti gücləndirdi - Fotolar ( 18630676)
-
operativmedia.azFHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib ( 18630409)
-
az.trend.azAttraksionlara nəzarət gücləndirilib (FOTO) ( 18629716)
-
demokrat.azYay fəsli ilə əlaqədar attraksionlara nəzarət gücləndirildi ( 18629224)
-
poliqon.infoYay fəsli ilə əlaqədar attraksionlara nəzarət gücləndirilib ( 18628948)
-
sia.azYay fəsli ilə əlaqədar attraksionlara nəzarət gücləndirildi ( 18628726)