Klublararası dünya çempionatının D qrupunda son oyunlar keçirilib. SİA xəbər verir ki, “Çelsi” “Esperans” üzərində 3:0 hesablı qələbə qazanıb, “Flamenqo” isə “Los-Anceles”lə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Nəticədə qrupu 7 xalla Braziliya təmsilçisi birinci, 6 xalla London klubu ikinci pillədə başa vurub. “Esperans” 3 xalla üçüncü, “Los-Anceles” isə 1 xalla sonuncu olub.
Pley-off mərhələsində “Flamenqo” “Bayern” ilə qarşılaşacaq, “Çelsi” isə “Benfika” ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin digər görüşlərində "Palmeyras" "Botafoqo" ilə, PSJ isə "İnter Mayami" ilə görüşəcək.