RU

Paşinyan kriminal ruhanilərin hakimiyyəti ələ keçirməyə cəhd etdiyini açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları respublikada sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün “böyük və məkrli” planın qarşısını alıblar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə həyata keçirdiyi iri və məkrli planın qarşısını alıblar”, - Paşinyan “Facebook”-da yazıb.

O, respublikanın İstintaq Komitəsinin mesajını dərc edib, orada deyilir ki, “Müqəddəs mübarizə” adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar həyata keçirməyi planlaşdırıblar”, - o, öz Telegram kanalında yazıb.

Hazırda təhlükəsizlik qüvvələri “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham olunurlar.

Almaz Həsənli

Избранный
5
1
oxumeni.az

2Источники