RU

Sabah Azərbaycanda havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı ehtimal edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
12
azertag.az

10Источники