RU

Ulduz futbolçunu ölümlə təhdid edən şəxs saxlanıldı

İspaniyada milli komandasının və "Milan"nın hücumçusu Alvaro Morataya hədə-qorxu gələn azarkeş saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, saxlanılan şəxs 19 yaşlı gəncdir. O, UEFA Millətlər Liqasının Portuqaliyaya qarşı final matçında (2:2, penaltilər seriyası — 3:5) Moratanın penaltini dəqiq yerinə yetirə bilməməsindən sonra sosial şəbəkələrdə futbolçunu və onun ailəsini ölümlə təhdid edib.

Şübhəli şəxs polisə müraciət edərək hesabının hakerlər tərəfindən ələ keçirildiyini bildirib. Lakin aparılan araşdırma zamanı onun ifadələrində uyğunsuzluqlar aşkar edilib və bunun yalançı alibi yaratmaq cəhdi olduğu nəticəsinə gəlinib.

Избранный
7
publika.az

1Источники