Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri şübhəsiz ki, ilk növbədə Türkiyənin bizim bölgədəki siyasi gücü və proseslərə təsir imkanları ilə bağlıdır".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.
Ekspert bildirib ki, eyni zamanda bu səfər son dövrdə regionda baş verən hadisələrlə, xüsusilə də İran-İsrail münaqişəsi və Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistanı Türkiyə ilə əlaqələri yaxşılaşdırmağa, dostlaşmağa vadar edən digər səbəblərdən qaynaqlanır:
"Heç kimə sirr deyil ki, həm Rusiya, həm də İran rəsmi İrəvanın ciddi dəstəkçisi və tərəfdaşı olaraq bölgədə siyasət yürüdürlər və onların hər ikisinin öz başının hayında olduğu indiki zamanda Ermənistana başqa bir regional güclə münasibətləri düzənə qoymaq çox vacibdir”.
Onun sözlərinə görə, bunlardan başqa Paşinyanın özünün də ölkəsindəki siyasi vəziyyəti ürəkaçan deyil, ruspərəst müxalifət və kilsə tərəfindən olan təzyiqlər güclənməkdədir. Bu vəziyyətdə Türkiyə ilə yaxşı münasibətlər Ermənistana həm iqtisadi, həm də siyasi baxımdan olduqca vacibdir.
Həsrət Rüstəmov: Türkiyə ilə yaxşı münasibətlər Ermənistana həm iqtisadi, həm də siyasi baxımdan olduqca vacibdir
H.Rüstəmov əlavə edib ki, Türkiyə-Ermənistan arasında münasibətlərin yaxşılaşması bizim də maraqlarımıza uyğundur:
"Türkiyənin liderliyi ilə bölgəmizdə davamlı sülh və əməkdaşlığın əldə edilməsi Azərbaycanın da maraqlarına cavab verir. Paşinyanın Ərdoğanla görüşə getməsi və Türkiyə prezidentini ölkəsinə rəsmi dəvət etməsi şübhəsiz ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə müsbət təsir edəcək".
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.