Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Qeyd edək ki, İran və İsrail arasında gərginliyin pik həddə çatdığı gün (ABŞ-ın İsrail ilə İranın nüvə obyektlərini bombaladığı gün) neftin qiyməti 78 dolları keçmişdi. Atəşkəsdən sonra Brent neftinin qiyməti 66 dollar səviyyələrinədək gerilməmişdir.
Bakı vaxtı ilə saat 09:30-da Brent nefti 1,43% bahalaşma ilə 68,10 dollara ticarət olunub.