RU

Erməni keşişin iqamətgahında əməliyyat keçirilir

Ermənistanda siyasi gərginlik artmaqdadır. Baş nazir Nikol Paşinyanın Rusiya meylli və Kremlə yaxınlığı ilə tanınan "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı həbsə atmasından sonra ölkədə narazılıqlar xeyli artıb.

Karapetyan kilsə və siyasətə qarışan din xadimlərinin arxasında dayanacağını bəyan etmişdi.

Bu gün isə məlum olub ki, inqilab arzusunda olan keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı da təqiblərə başlayıb. Hərəkatın Telegram kanalında yayılan məlumatda deyilir: "Hüquq-mühafizə orqanlarının əməkdaşları "Müqəddəs mübarizə" tərəfdarlarını təqib etməkdə davam edirlər. Bu gün səhər tezdən "Müqəddəs mübarizə" tərəfdarlarının evlərində axtarışlara başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da əməliyyat keçirirlər".

Tural

Избранный
11
news365.az

1Источники