RU

"Çelsi"nin hücumçusu 2 oyunluq diskvalifikasiya edildi

İngiltərənin "Çelsi" klubunun hücumçusu Nikolas Cekson klublararası dünya çempionatında 2 oyunluq diskvalifikasiya edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə FIFA İntizam Komitəsi qərar verib.

Klublararası mundialın ikinci turunda "Flamenqo"ya (Braziliya) qarşı matçın 64-cü dəqiqəsində meydana daxil olub, 4 dəqiqə sonra kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan 24 yaşlı hücumçu 2 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, "Çelsi" turnirin pley-off mərhələsinə yüksələrsə, Nikolas Cekson bu raundun və iyunun 25-də "Esperans"a (Tunis) qarşı görüşü buraxmaq məcburiyyətində qalacaq.

Избранный
15
50
olke.az

10Источники