İsrail hərbçiləri axşam saatlarında ölkə ərazisinə yaxınlaşan iki PUA-nın qarşısını alıblar.
Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
PUA-ların İrana məxsus olduğu ehtimal edilir.
Bildirilib ki, müdaxilə İsrail hava məkanından kənarda həyata keçirilib.