RU

Ağ Ev İranın nüvə obyektlərinə endirilən zərbələrin uğursuz olduğuna dair yayılan məlumatı təkzib edib - Yenilənib

Ağ Evin mətbuat katibi Kerolayn Levit "CNN" kanalının ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin uğursuz olduğu barədə məqaləsini kəskin şəkildə tənqid edib...

APA xəbər verir ki, Levit bu barədə "X" hesabında yazıb.

“Bu qiymətləndirmə tamamilə yanlışdır. CNN-ə bunu kəşfiyyat qurumunun aşağı səviyyəli, uğursuz anonim üzvü sızdırıb. Bu məlumatın sızdırılması prezidentin nüfuzuna xələl gətirmək və cəsur qırıcı pilotlarımızı gözdən salmaq cəhdidir,” – Ağ Ev rəsmisi qeyd edib.

***

ABŞ Hər Hava Qüvvələrinin ötən həftəsonu İranın üç nüvə obyektinə endirdiyi zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib.

APA xəbər verir ki, bu barədə "CNN" ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.

Məsələ ilə tanış olan dörd mənbənin bildirdiyinə görə, bu qiymətləndirmə ABŞ Mərkəzi Komandanlığının zərbələrdən sonra apardığı döyüş zərəri analizi əsasında hazırlanıb.

Qeyd olunur ki, zərbələrlə bağlı təhlillər davam edir və yeni kəşfiyyat məlumatları əldə edildikcə nəticələr dəyişə bilər.

Lakin ilkin nəticələr Prezident Donald Trampın zərbələrin İranın nüvə obyektlərini “tamamilə məhv etdiyi” barədə iddiaları ilə ziddiyyət təşkil edir.

ABŞ müdafiə naziri Pit Hegset də bazar günü verdiyi açıqlamada İranın nüvə ambisiyalarının “məhv edildiyini” bildirmişdi.

Mənbələrdən ikisinin sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatı zərbələr zamanı məhv edilməyib.

Digər bir mənbə isə bildirib ki, sentrifuqlar əsasən demək olar ki, salamatdır.

Poliqon.info

Избранный
25
48
poliqon.info

10Источники