RU

Sertifikasiyada könüllü iştirak etdi: yüksək bal topladı

Bu gün keçirilən sertifikatlaşdırma imtahanında Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin biologiya müəllimi Sahilə Məmmədova könüllü iştirak edib.

Modern.az xəbər verir ki, 63 yaşlı Sahilə Məmmədova imtahanda 58 bal toplayıb.

O, bu imtahana könüllü qatılmaqla həm şəxsi inkişafına töhfə verib, həm də gənc həmkarlarına nümunə olacaq addım atıb.

Избранный
6
1
modern.az

6Источники