İranın 12 günlük eskalasiya müddətində İsrail ərazisinə 550 raket atdığı açıqlanıb.
Heftelik.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin məsləhətçisi Dmitri Hendelman bildirib.
O əlavə edib ki, İran tərəfi eyni zamanda İsrailə qarşı 1000-dən çox pilotsuz uçuş aparatı da istifadə edib.
Raket atışları nəticəsində 28 nəfər həlak olub, 1472 nəfər müxtəlif dərəcəli xəsarət alıb.