Rusiya Dövlət Duması qanunvericilik təminatı sistemindəki sənədə əsasən, vətəndaşlığı olmayan şəxslərin müqavilə əsasında hərbi xidmətə cəlb edilməsinə icazə verən qanunu ikinci və üçüncü, yekun oxunuşlarda qəbul edib.
Qaziler.az news.ru-ya istinadən bildirir ki, bu, Rusiya hökuməti tərəfindən hazırlanmış və Rusiya Silahlı Qüvvələrində və digər hərbi birləşmələrdə xidmət edə biləcək şəxslərin siyahısını genişləndirmək məqsədi daşıyır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlığı olmayan şəxslər artıq hərbi xidmət keçmək üçün müqavilə bağlaya bilərlər. Belə müqavilələri vətəndaşlar, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də imzalaya bilər.
Bildirilir ki, bu kateqoriyalar üzrə müqavilə bağlamaq imkanı səfərbərlik müddəti başa çatana, hərbi vəziyyət ləğv olunana və ya müharibə dövrünün sonuna qədər qalır.
QAZİLER.AZ