RU

Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilirVİDEO

Onkoloji xidmətlərin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilməsi istiqamətində danışıqlar aparılır.

Xezerxeber.az xəbər verir ki, hədəf icbari tibbi sığortanın ilkin mərhələdə onkoloji xidmətlərin müəyyən hissəsini  əhatə etməsidir

Onkoloji xidmətlərlə yanaşı, digər sahələr üzrə də genişlənmə nəzərdə tutulur. Bu ilin sonuna kimi 30-dan çox oftalmoloji, 21 periferik və sinir sistemi ilə bağlı xidmətin, Xidmətlər Zərfinə salınması planlaşdırılır. Paralel olaraq kardioloji, travmatoloji və oftalmoloji xidmətlər də genişləndiriləcək. Həmçinin, bəzi dərman vasitələri də sığortaya daxil ediləcək.

Hazırda İcbari Tibbi Sığorta çərçivəsində əhaliyə 3315 adda tibbi xidmət göstərilir. Bu xidmətlər ölüm riski yüksək, eləcə də əlilliyə səbəb ola biləcək xəstəliklərin müalicəsini əhatə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
7
6
xezerxeber.az

7Источники