RU

Minik maşını traktora çırpıldı - Yaralılar var » AzadMedia.az


Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb.

Nəticədə minik avtomobilində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Избранный
16
5
azadmedia.az

6Источники