RU

Riçarlison "Tottenhem"i “Qalatasaray”a dəyişə bilər

“Tottenhem”in hücumçusu Riçarlison karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Teamtalk"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində “Qalatasaray” klubu maraqlıdır. İstanbul təmsilçisi braziliyalı forvardın agenti ilə də əlaqə saxlayıb.

Hazırda futbolçunun transfer hüquqları İngiltərənin “Tottenhem” klubuna məxsusdur.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Riçarlisonun bazar dəyəri 20 milyon avro təşkil edir. Onun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

Qeyd edək ki, braziliyalı hücumçu ötən mövsüm İngiltərə Premyer Liqasında 15 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib."

Избранный
8
90deqiqe.az

1Источники