RU

Neymar "Santos"da qalır

Ulduz hücumçu Neymar karyerasını doğma komandasında davam etdirmək qərarına gəlib.

90deqiqe.Az "UOL" nəşrinə istinadən xəbər verir ki,33 yaşlı futbolçu “Santos”la müqaviləsini uzatmaq üçün klubla razılığa gəlib. Bildirilir ki, Neymarın atası yaxın saatlarda klub prezidenti Marselo Teyşeyra ilə görüşərək yeni müqavilənin rəsmiləşdirilməsini tamamlayacaq.

Qeyd edək ki, Neymar 2024-cü ilin yanvarında “Santos”a 6 aylıq müqavilə ilə qayıtmışdı. O, bundan öncə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun formasını geyinsə də, ağır zədə səbəbindən az sayda oyunda iştirak edə bilmişdi.

Xatırladaq ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunmuşdu. Bu, futbol tarixində indiyədək baş tutmuş ən bahalı transfer sayılır.

Избранный
7
90deqiqe.az

1Источники