RU

Azərbaycanlı Vladislav Nesterov Rusiya ordusundan buraxılmır

Azərbaycanlı Vladislav Nesterov Rusiya ordusundan buraxılmır

Rusiyada yaşayan Azərbaycan vətəndaşı Vladislav Nesterov Rusiya ordusundan azad edilmir

2022-ci ildə Rusiya ordusu ilə bir illik müqavilə imzalayan Azərbaycan vətəndaşı Nesterov Vladislav Arifoviç müqavilə müddəti başa çatsa da, tərxis edilməyib.

Vladislav Luqanskın Alçevsk şəhərində yerləşən hərbi hissədə saxlanıldığı bildirilib. O, bildirib ki, 2023-cü ildə sözləşmənin müddəti bitib, lakin buraxılmır: “Vəkillə danışmışam, müqaviləsi başa çatan hamıya eyni söz deyirlər ki, siz hərbi məlumat daşıyırsınız. Məni burada güclə saxlayıblar, 4 dəfə döyüşlərdə yaralanmışam. Yenə döyüşə aparmaq istəyirlər, amma mən getməyəcəm.”

Vladislavın həyat yoldaşı Marina Orçikova onun döyüşlərdə bir neçə dəfə yaralandığını, ağciyərinin zədələndiyini və hepatit xəstəliyindən əziyyət çəkdiyini bildirib. Marina ərinin sərbəst buraxılması və Bakıya qayıtmasına yardım göstərilməsini xahiş edib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu ünvanlanıb.

Избранный
6
afn.az

1Источники