RU

Minik maşını traktora çırpıldı - Yaralılar var

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb.

Nəticədə minik avtomobilində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Избранный
17
5
qafqazinfo.az

6Источники