RU

Aleksey Baqa II Liqa komandasında işləyəcək

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri məlum olub. Msport.az xəbər verir ki, belaruslu mütəxəssis Rusiyada çalışacaq.

O, Rusiya çempionatının II Liqasının A zonasında mübarizə aparan “Leninqradets” komandasına rəhbərlik edəcək.

44 yaşlı mütəxəssislə müqavilə 1 illikdir.

Baqa 2022-ci ildə “Sumqayıt”ın baş məşqçisi olsa da, uğursuz nəticələrə görə vəzifəsindən qovulmuşdu.

Qeyd edək ki, onun bu yaxınlarda yenidən Azərbaycana gələcəyi və hansısa klubumuzun sükanı arxasına keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Избранный
59
msport.az

1Источники