RU

İran uçuş qadağasını 24 saat uzadıb

İran hakimiyyəti ölkədə bütün daxili və beynəlxalq uçuşların ləğvini 24 saat müddətinə uzadıb.

Editor.az bu barədə Mehr xəbər agentliyinə istinadla məlumat yayıb.

Bütün uçuşların ləğvi çərşənbə günü iyunun 25-i Moskva vaxtı ilə saat 13:30-a qədər uzadılıb.

Qeyd edək ki, iyunun 24-ü səhər saatlarında ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini bəyan edib. Ağ Ev rəhbəri tərəfləri onu pozmamağa çağırıb. Tramp daha sonra İsrail və İranın atəşkəsi pozduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
5
1
editor.az

2Источники