RU

Göygöldə idarəetmədən çıxan yük maşını yola aşdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 23-də axşam saatlarında baş verib. Belə ki, hərəkətdə olan “DAF” markalı iritonajlı yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində yük avtomobilinə maddi zərər dəyib, sürücü xəsarət alıb. Hadisədən sonra nəqliyyatın hərəkətində qısamüddətli ləngimələr yaranıb. 

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
65
42
avtosfer.az

10Источники