RU

İçərişəhərin tarixi divarları bu günlərdə bənzərsiz bir sənət hadisəsinə şahidlik edir (FOTO)

Bakı. Trend:

İçərişəhərin tarixi divarları bu günlərdə bənzərsiz bir sənəthadisəsinə şahidlik edir. Tanınmış Azərbaycan rəssamı vəheykəltəraşı Mir Teymur Məmmədovun emalatxanasında baş tutanduet-simpozium, Azərbaycan və İordaniyadan olan iki istedadlısənətkar – Mir Teymur Məmmədov və Marvan Ahmad Tavahan – arasındayaradıcı dialoqun canlı platformasına çevrilib.

Bu barədə Trend-ə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsindən məlumat verilib.

Simpozium 13 iyun tarixindən start götürüb və 26 iyuntarixinədək hər gün saat 10:00-dan 19:00-dək davam edir. Bu müddətərzində hər kəs sənət əsərlərinin yaranma prosesini canlı izləməkimkanı əldə edir. Ziyarətçilər, sənətçilərlə birbaşa ünsiyyət qura,ideyaların necə formalaşdığını, palitradan gilə, fırçadankompozisiyaya qədər bütün yaradıcı prosesi yaxından müşahidə edəbilirlər.

Simpoziumun məqsəd yaradıcı dialoq aparmaq, müxtəlif sənətbaxışlarını bölüşmək və tamaşaçını sənət əsərinin doğulma anınaşahid etməkdir. Fərqli mədəniyyətlərin ortaq yaradıcılıq ruhu iləyoğrulduğu bu proses, həm də sənətkarlar arasında anlaşmanın vəharmoniyanın real nümunəsidir.

İştirak tamamilə sərbəstdir, lakin yalnız öncədən qeydiyyatlamümkündür.

Simpozium çərçivəsində ərsəyə gələn əsərlər 30 iyun tarixindəBakı Fotoqrafiya Evində açılacaq xüsusi sərgidə nümayişolunacaq.

İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
İçərişəhərin
Избранный
83
3
az.trend.az

4Источники