ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Sabah” Namik Ələskərovla yollarını ayırıb.
Klubdan İdman.biz-ə verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Ələskərov “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.