RU

Hakan Fidan çinli həmkarı ilə danışqılar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, görüşdə İsrail və İran arasında münaqişə və gərginliyin azaldılması istiqamətində görülən işlər müzakirə edilib.

Bundan əlavə, danışıqlar zamanı Qəzzada vəziyyət də qiymətləndirilib. Hakan Fidan Qəzzada baş verən soyqırım və pisləşən humanitar vəziyyətə diqqət çəkib. 

Görüş zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr də müzakirə olunub.Ticarət və investisiya daxil olmaqla, bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi iradəsi bəyan edilib.

Избранный
112
42
operativmm.az

10Источники