RU

Bundesliqa klubu yeni baş məşqçisini təqdim etdi

style='margin-bottom:10px;'>

"Leyptsiq"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya Bundesliqası təmsilçisini Ole Verner çalışdıracaq. 37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Vernerin son klubu "Verder" olub. O, bu ilin may ayında komandadan ayrılıb. O, 2021-ci ilin noyabrından rəhbərlik etdiyi “Verder"i Bundesliqaya yüksəltməyi də bacarmışdı. Bremen təmsilçisi ötən mövsüm çempionatda 51 xalla 8-ci yeri tutub.

Избранный
8
1
teleqraf.com

3Источники