RU

Azərbaycanda ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemlərihaqqında qanununa dəyişiklik layihəsi hazırlayır.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətlərivə Ödəniş Sistemləri üzrə Nəzarət və Siyasət Departamenti, ÖdənişXidmətləri və Ödəniş Sistemləri Əməliyyatlarının TənzimlənməsiBölməsinin rəsmisi Ulfət Yusifov bu gün Bakıda keçirilən “FINTEXSUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə deyib.

O bildirib ki, Mərkəzi Bank hər zaman bazar iştirakçılarıtərəfindən hər hansı innovativ məhsulların təqdim olunmasına müsbətyanaşıb: "Biz çoxsaylı müraciətləri nəzərə alaraq AzərbaycanRespublikasının ödəniş xidmətləri və ödəniş sistemləri haqqındaqanununa və ondan irəli gələn digər normativ aktlara müvafiqdəyişilik layihəsi hazırlayırıq. Həmin layihədə hesab edirik ki,bir çox ölkələrdə olduğu kimi maliyyə, ödəniş sektorunda innovativxidmətlərin Azərbaycanda da göstərilməsi nəzərdə tutulacaq".

"Təbii ki, bu istiqamətdə riskləri də gözə alırıq və onlarınminimuma endirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə AMBrəsmisi qeyd edib.

Избранный
30
3
az.trend.az

8Источники