RU

Klub prezidenti idi, 3 il 10 ay iş aldı

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib. Rauf Quliyev dələduzluq ittihamı ilə saxlanılıb. "Football-plus.az" xəbər verir ki, ondan şikayətçi olan bir neçə nəfər var.İttihama görə, Quliyev işgüzar nüfuzunun, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-da, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyən edilib. Həmçinin Quliyev “TTQ GRUP” MMC-nin direktoru kimi ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə Rauf Quliyevə 5 min, 10 min, 35 min manat məbləğində pul verən şəxslər olub. Zərərçəkmişlərdən Qasım Kazımov və digər üç şikayətçi klub prezidentinin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.İstintaq dövründə Rauf Quliyev bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxalandan sonra yenidən həbs edilib. Məhkəmənin hökmü ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, “Füzuli” 2024/25 mövsümünün yekunlarına görə 2-ci liqanı tərk edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
16
icma.az

10Источники