RU

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə köçürülən 146 nəfərdən ibarət 40 ailəyə bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdərə rayonunun yenidən bərpa edilən Həsənriz kəndinə bundan əvvəl də respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələr köç edib. Bu gün həyata keçiriliən köç də nəzərə alınmaqla ümumilikdə Həsənriz kəndinə 130 ailə yəni 452 nəfər köçürülüb.

S. Qəhrəmanov onu da qeyd edib ki, hazırda Ağdərə və Xocalı rayonunun bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri həyata keçirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Xatırladaq ki, Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi,uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və heyvandarlıqla məşğul olur. Kəndə ilk köç bu il martin 3-də olub.

***

11.47

Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salınıb.

APA-nın xəbərinə görə, bu gün Ağdərə rayonunun Həsənriz kəndi və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç yola salınıb.

Bu ərazilərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə 40 ailə (146 nəfər) Həsənrizə, 1 ailə (4 nəfər) isə Sarıcalıya köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Избранный
44
5
apa.az

8Источники