RU

Xaçmazda kişi atasının 68 yaşlı dostunu yatdığı yerdə vurdu: "Ögey bacıma sataşıb"

Xaçmaz rayonunda 1971-ci il təvəllüdlü Xəqani bacısına təcavüz edən Məmmədi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, rayon sakini Xəqani 1956-cı il təvəllüdlü Məmmədin guya 2002-ci ildə onun ögey bacısı Sonanı zorladığını bəhanə edib və onu cəzalandırmaq qərarına gəlib.

O, ovçular mağazasından aldığı iki patronun içərisindəki qırmaları çıxarıb və patronları duzla doldurub. Sonra odlu ov silahını patronlarla birlikdə özü ilə götürüb, 29 avqust 2023-cü ildə gecə saat 4 radələrində Məmmədin evinin yaxınlığına gedib. Duzla dolu patronları silaha daxil edib, atəşə hazır vəziyyətə gətirib, havanın işıqlanmasını gözləyib.

Xəqani saat 8 radələrində evin giriş qapısının qarşısında Məmmədin arvadı Reyhanı görüb. Onu itələyərək yerə yıxıb, zorla mənzilə daxil olub və qonaq otağında döşəmədə yatmış Məmmədin baş nahiyəsi istiqamətində atəş açıb.

Məmməd başından xəsarət alıb.

İstintaq orqanı tərəfindən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhs), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Bacımı zorladı”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məmmədi uşaqlıq vaxtlarından tanıyır: “2002-ci ildə Məmmədlə maşında yol gedərkən ortaq tanışlarımız olan bir şəxs barəsində nalayiq ifadələr işlətdiyindən aramızda mübahisə yarandı. Həmin gün Məmməd ögey bacım Sonanı zorladı. Buna görə Məmmədlə aramızda ədavət yarandı. Bir müddət Rusiya yaşadığım və səhhətimdə problemlər yarandığı üçün onun cəzasını verə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Məmməd başqa şəxslərə qarşı da qeyri-əxlaqi hərəkətlərə yol verdiyi üçün onun qarşısını almaq və cəzalandırmaq məqsədilə Xaçmaz rayonunda yaşayan tanımadığı şəxsdən qoşalüləli ov tüfəngini alıb:

“Hadisədən bir neçə gün əvvəl Xaçmaz şəhərində mağazadan 2 patron aldım. Evdə patronların qırmasını boşaldıb içərisinə duz doldurdum. Duz patronun içindən tökülməsin deyə şamı əridərək patronların arxa hissəsinə tökdüm”.

“Hirsim soyudu, evi tərk etdim”

Xəqaninin ifadəsinə görə, 2023-cü il avqustun 29-da gecə saat 4 radələrində silahı və patronları idman çantasına yığıb, tanımadığı taksi ilə Xaçmaz rayonunun kəndinə yola düşüb:

“Kəndə çatıb Məmmədgilin evinin həyətinə keçdim, silahı hazır vəziyyətə gətirdim, səhərin açılmasını gözlədim. Saat 8 radələrində Məmmədin arvadı Reyhan qapını açaraq çölə çıxanda məni qapının qarşısında əlimdə silah gördü, qışqırmağa başladı. Reyhanı çiynindən itələyərək evə girdim.

Evin qapısından daxil olanda qarşıma dəhliz çıxdı. Dəhlizdən sol tərəfdəki otaqda Məmmədin oturduğunu gördüm. Silahı Məmmədə tərəf tuşladım və bir dəfə atəş açdım. Onun üzünə atəş açmadım. Əgər elə olsaydı, daha ağır xəsarət alardı.

Məmməd sifət nahiyəsini tutdu, qışqıraraq yan üstə yerə uzandı. Məmmədə xəsarət yetirdiyimi anladım, hirsim soyudu və evi tərk edərək həyətə çıxdım”.

“Məqsədim cəzalandırmaq olub”

Избранный
25
7
publika.az

8Источники