RU

Gürcüstanın yeni Baş prokuroru seçilib

Gürcüstan parlamenti Giorgi Qvarakidzeni ölkənin Baş prokuroru vəzifəsinə təsdiqləyib.

Bu barədə Aktual.ge məlumat yayıb.

Namizədin təsdiqlənməsi parlamentin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılıb. Qvarakidzenin lehinə 83 deputat səs verib, əleyhinə səs verən olmayıb.

Səsvermədən öncə Giorgi Qvarakidze Hüquqi Məsələlər Komitəsinin iclasında iştirak edib. O, prokurorluğun əsas prioritetləri, qarşıda duran çağırışlar və fəaliyyət planları ilə bağlı çıxış edib.

Xatırladaq ki, onun namizədliyi 18 iyun tarixində Gürcüstanın Prokurorluq Şurası tərəfindən səs çoxluğu ilə irəli sürülmüşdü.

Baş prokuror seçildikdən sonra jurnalistlərə açıqlama verən Qvarakidze bəzi müxalifətçi siyasətçiləri sərt tənqid edib:

“Müxalifətçi siyasətçilər nümayişkaranə şəkildə qanuna əməl etməkdən imtina etdilər. Bu, mənim fikrimcə, ədalətsizlikdir. Qanun qarşısında hər bir insan bərabərdir – siyasi və ya digər baxışlarından asılı olmayaraq”, – deyə o bildirib.

Избранный
387
22
report.az

10Источники