RU

Yevlaxın içməli su ilə təmin edilməsinin yaxşılaşdırılması üçün görüləcək işlər açıqlanıb

Yevlax. Trend:

Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakininiçməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsininyaxşılaşdırılmasına hesablanıb.

Trend xəbərverir ki, bunu Yevlax su melorasiya sistemləri istismarı idarəsininbaş mühəndisi Rauf Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yevlax şəhərində məhsuldarlığı 20 minkubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli suşəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantısu şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır:

“Şəhərdə yaranacaq tullantı sularının təmizlənibkənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.

Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməlisu ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyiciqurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəcquraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanmasıməqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib.Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesininaparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatıməqsədilə transformator və generator quraşdırılıb. Həmçininuzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb”.

Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı vəkanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərinilkin su mənbələri subartezian quyuları və Kür çayı olmuşdur.Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatıödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmiredilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayındannasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərəverilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı suşəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətədüşdüyündən tələbatı ödəmirdi.

Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya tələbatınıntəmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddətərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriyayaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatıüzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1min kilometr tullantı və yağış su xətləri inşa edilib. Şəhər, rayonvə qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bakı və Abşeronyarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib. Bundanbaşqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksidə tikilib.

Məqalədə:
Избранный
2
5
az.trend.az

10Источники