RU

Türkiyədə növbəti qadın CİNAYƏTİ: 12 yerindən bıçaqladı

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Eren Kılıçarslan adlı şəxs boşanma ərəfəsində olduğu həyat yoldaşı M.K.-ya küçənin ortasında 12 bıçaq zərbəsi vurub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Çanaqqala bölgəsində baş verib.

Məlum olub ki, bıçaqlanma hadisəsindən sonra Eren Kılıçarslan iki dəfə M.K-nı aparan təcili yardım maşınının qarşısını kəsməyə çalışıb. Şübhəli Eren Kılıçarslan polis tərəfindən saxlanılaraq həbs edilib.

Xəstəxanasında müalicə alan M.K.-nın səhhətinin yaxşı olduğu öyrənilib. Hadisə ilə bağlı istintaq davam edərkən, həbsdə olan şübhəli Eren Kılıçarslana qarşı prokurorluq tərəfindən "Həyat yoldaşına qarşı adam öldürməyə cəhd” cinayəti ilə bağlı iddianamə hazırlanır.

Oksana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
azxeber.com

1Источники