RU

Azərbaycanda 20 qurum SİMA KYC texnologiyasından istifadə edir

Bakı. Trend:

Azərbaycanda 20 qurum SİMA KYC (Know Your Customer)texnologiyasından istifadə edir.

Trend xəbərverir ki, bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiriTamerlan Məşədihəsənli “FINTEX SUMMIT 2025 – Maliyyə vəTexnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O, tədbirdə çıxış edərək maliyyə sektoru üçün yeni xidmət olanSİMA KYC barədə danışıb:

“Banklar və digər maliyyə qurumları SİMA KYC sayəsindəvətəndaşların şəxsiyyətini real vaxt rejimində yüksək dəqiqlik vəetibarlılıqla təsdiqləyə bilirlər.

Ölkəmizdə təxminən 20 qurum artıq bu texnologiyadan istifadəedir. Bu məhsul banklar və digər maliyyə qurumları üçün şəffaf vətəhlükəsiz identifikasiya imkanı formalaşdırır. SİMA KYC MərkəziBankın “Məsafədən bank hesabının açılması” tələblərinə tamuyğundur. Məhsulu inteqrasiya edən qurumlar bu vasitə iləikifaktorlu autentifikasiya imkanına sahib olurlar. Vətəndaşlar isəistənilən yerdən, istənilən vaxt mobil cihaz və ya kompütervasitəsilə bank hesabı aça və digər əməliyyatları yerinə yetirəbilirlər.

Qeyd edim ki, biz artıq bu məhsulu dövlət sektorunda da tətbiqedirik. Elə bu günlərdə keçirilən müəllimlərin sertifikasiyaimtahanı zamanı SİMA KYC-dən istifadə olunub. Belə ki, başqasınınəvəzinə imtahana girmə hallarının qarşısını almaq məqsədiləiştirakçıların kimliyi məhz SİMA texnologiyası ilə anında təsbitedilib”.

Избранный
21
2
az.trend.az

4Источники