Azərbaycan Prenyer Liqasının debütantı “İmişli” komandasının yeni baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Portuqaliyalı Xorxe Kaskilya ilə 1 illik müqavilə imzalanıb. 56 yaşlı mütəxəssisin köməkçiləri Kristiano Duraes, Quilherme Kadete olacaq. Qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Ulian Qoqa təyin edilib.