RU

İsrail müdafiə naziri: Tehranı vuracağıq

İranın atəşkəs rejimini pozmasına sərt cavab verəcəyik.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

Müdafiə naziri İran Silahlı Qüvvələrinin paytaxt Tehrandakı hədəflərinə zərbələrin endiriləcəyini bildirib.

“İranın atəşkəsi pozmasına Tehranın mərkəzindəki rejim hədəflərinə sərt zərbələrlə cavab verəcəyik”, - Kats vurğulayıb.

İsrail Müdafiə Qüvvələri bundan əvvəl İran Silahlı Qüvvələrinin ölkənin şimal ərazilərinə raket atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnalları işə salınıb. İranın İsrailin hava məkanı üzərində iki ballistik raketi vurulub.
Избранный
4
1
sherg.az

2Источники