RU

“Sarı kəpənəyin Mətanət hekayəsi”

Azərbaycan Dövlət İqtisad Universiteti Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının təşkilatçılığı ilə “UNEC İnklüziv Təhsil ili” çərçivəsində “UNEC CLUBRARY” kitab klubunun növbəti görüşü baş tutub.

Publika.az xəbər verir ki, gənc yaşında dünyasını dəyişən, Prezident mükafatçısı, təlimçi, psixoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gəl birlikdə darıxaq”, “Şeir terapiyası” kitablarının müəllifi, gənc yazar, istedadlı şairə Mətanət Qüdsinin yaradıcılığına həsr edilmiş anım günü şairənin ata ocağında, Şəmkirin Bayramlı kəndində qeyd edilib.

Görüşdə Şəmkir rayonu Tofiq Cəfərov adına Bayramlı kənd tam orta məktəbin direktoru Şəfəq İsmayılova, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Həqiqət Nəsibova, məktəbdən kənar, sinifdən xaric təşkilatcı Zibər Əliyeva, tarix müəllimi Əntiqə Cəfərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Quliyeva, kitab klubunun fəal üzvləri, UNEC 24/7 kitabxanasının könüllüləri, UNEC Yaradıcılıq Mərkəzinin Vokal dərnəyinin rəhbəri, Respublika Musiqi Festivalları laureatı Vüsal Aslanlı və hazırda “SOLOSTAR” İstedadlar yarışmasındakı duet ortağı olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tələbəsi Hülya Əzizova iştirak ediblər.

UNEC 24/7 Kitabxananın müdiri Arzu Məmmədova bu illər boyu Mətanət Qüdsinin həm təhsilində, həm də yaradıcılığındakı uğurlarını izlədiyini, müəllifi olduğu kitablarından bəhs edib, dünyasını dəyişməsinə baxmayaraq, yarlaq həyatı ilə gənclərə, xüsusilə də əlilliyi olan insanlara həmişə örnək qalacağını vurğulayıb.

Mətanət Qüdsinin təhsil aldığı orta məktəbin direktoru Şəfəq İsmayılova, eləcə də digər müəllimləri onun bu qısa ömründə gördüyü işlərdən, unudulmayacaq xatirələrindən danışıblar.

Избранный
8
publika.az

1Источники